Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa Azərbaycanın baş tacıdır” adlı kitab sərgisi  keçirilib

16.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 17.03.2022-ci il tarixində  2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq “Şuşa Azərbaycanın baş tacıdır” adlı kitab sərgisi  təşkil etdi. 19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva tədbiri açıq elan etdi. Tədbirdə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Sərgidə Şuşa şəhərində yaşayıb yaradan yazarlarla yanaşı, Şuşa şəhərinin füsünkar gözəlliyini əsərlərində tərənnüm edən yazıçı və şairlərin əsərləridə sərgiləndi. 19 saylı kitabxana  filialının müdiri  Elza Əliyeva sərgidə olan hər bir kitab haqqında iştirakçılara geniş məlumat verdi.  Sərgidə aşağıda adları çəkilən kitablar sərgiləndi. Bülbül  əfsanəsi- M.Axundov (Şalq) Şuşa Bülbülü, Tofiq Bayram- “ Şuşanın şəhər bağında”, “Qarabağ nəğməsi”, Məmməd Aslan- “Sahibin hanı?”, Hüseyn Arif-“Natəvan-(lirik poema)”, M.Araz -“Şuşada bir gecə”, Əzizinəm Qarabağ bayatılar, Əlabbas Müznib  - seçilmiş əsərləri,Nüsrət Kəsəmənli – “Yaddan çıxmaz Qarabağ”-epik dramatik poema, Söhrab Tahir seçilmiş əsərləri – “Şuşa gözəli”, Zəlimxan Yaqub-“Qayıdaq əvvəlki xatirələrə”, “Dərdimizin bayatı düzümü”, Bəxtiyar Vahabzadə seçilmiş əsərləri-“Oxuma bülbül”,Qasım Qasımzadə seçilmiş əsərləri –“Şuşa Qarabağın zümrüd tacıdır”,Hüseyn Kürdoğlu (kiril əlifbası) – “Min bir bayatı”, Əliağa Kürçaylı seçilmiş əsərləri-(kiril əlifbası) “Natəvan”, Xuraman -“Könlüm Qarabağdadır”, Nəbi Xəzri seçilmiş əsərləri- “Şuşa, “Şuşa gəlir yuxularıma”,Süleyman Rüstəm – “Canlara candır Qarabağ”, Qasım Bəy Zakir seçilmiş əsərləri –“Şuşa mollaları haqqında”,Vasif Quliyev-“Vətən bağı al-əlvandır”,Sultanov Z – “Qarabağ gündəliyi”,Şamil Süleymanov –“Qürbətdən gələn səda “, “Cıdır düzü”,Firudun Şuşinski –“Xan Şuşinski”, Firudun Şuşinski – “Seyid Şuşinski,Yusif Vəzir Çəmənzəminli əsərləri I- cild,Yusif Vəzir Çəmənzəminli əsərləri -II cild,Haqverdiyev seçilmiş əsərləri – I cild, Haqverdiyev seçilmiş əsərləri - II cild,Üzeyir Hacıbəyov seçilmiş əsərləri,İlham Qəhrəman –“Sevgi durna çırağıdır”.

 

92.8 KB

 

107 KB